25 iyun 2018-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun sərgi salonunda Qədim Quran Araşdırma Birliyinin təşkilatçılığı ilə qədim Quran kitablarının və əlyazmalarının sərgisi keçirilmişdir. Sərgidə 120-dən çox qədim Quran kitabı, əlyazma nüsxəsi, Quranın təfsirləri, ayrı-ayrı şairlərin dini şeirləri nümayiş etdirilmişdir. Birliyin sədri Nəhayət Hüseynova Qədim Quran Araşdırma Birliyinin yaranmasının üç ilinin artıq tamam olduğunu bildirib. O, ilk belə bir sərginin 2016-cı ildə keçirildiyini qeyd edib.

Əlyazmalar İnstitunun elmi işlər üzrə direktr müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov öz çıxışında institutda saxlanılan qədim Quran əlyazmaları barədə məlmat verib. O, qeyd edib ki, institutun fondunda ceyran dərisi üzərində yazılmış və IX əsrə aid ən qədim Quran əlyazmalarından biri saxlanılır.

Tədbirdə elm adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

elyazmalarinstitutu.com