"Elm və təhsil" nəşriyyatında XIX əsrin sonu - XX əsrin birinci yarısında yaşamış Qarabağ ədəbi mühitinin yetirməsi, zəngin bədii yaradıcılığa malik şair İbrahim Tahir Musayevin seçilmiş qəzəllər toplusu çapdan çıxmışdır. Şairin nəvəsi Akif Quliyevin tərtib edib nəşrə hazırladığı bu kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.