Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Multidissiplinar əlyazmaların tədqiqi” şöbəsinin elmi işçisi Şöhrət Səlimbəylinin “Ruhi Bağdadi yaradıcılığında ictimai motivlər” adlı monoqrafiyası çapa təqdim olunub. Nəşrin elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, redaktorları filologiya elmləri doktoru Raqub Kərimov və filologiya elmlər doktoru, professor Yaqub Babayevdir. Kitabın rəyçisi və “Ön söz” müəllifi isə fi...Daha Ətraflı

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri məlum səbəblərdən sosial izolyasiya dövründə növbədənkənar məzuniyyətdə olduqlarından asudə vaxtını dəyərləndirərək yaradıcılıqlarını evdə də davam etdirirlər. Bu günlərdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov və “Farsdilli əlyazmaların tədqiqi” şöbəsinin elmi işçisi Rauf Şeyxzamanlı Fətəli bəyin şeirlər toplusunu nəşrə hazırlamışlar. Nəşrə geniş ön...Daha Ətraflı

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov XIX əsrdə yaşamış Azərbaycan ədibi Əbdürrəzzaq Məftun Dünbülinin “Nigaristani-Dara” təzkirəsinin Tehran Universiteti Kitabxanasında saxlanan əlyazmasınn elektron surətini əldə etmişdir. Əlyazma əsərin vaxtı ilə çap edilmiş nüsxəsindən xeyli genişdir. Qeyd edək ki, bu əsərdə XIX əsrdə yaşamış Cənubi Azərbaycan şairləri barədə maraqlı məlumatlar vardır....Daha Ətraflı

Məlum olduğu kimi, martın 28-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakıda bütün müasir standartlara cavab verən “Yeni klinika”nın açılışı olub. Açılışda Prezident İlham Əliyev bu gün bütün dünyada koronavirus (COVİD-19) ilə mübarizədə ön cərgədə gedən, yorulmadan gecə-gündüz çalışan, həyatlarını risk altına atan həkimləri alqışladığını, onlara inandığını və güvəndiyini bildirib.

Prezident eyni zamanda geniş ictimaiy...Daha Ətraflı

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışlarına qoşulub. İnstitutun direktoru, akademik Teymur Kərimli, direktor müavini Paşa Kərimov və başqa əməkdaşlar bir aylıq əməkhaqqının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

Yardım kampaniyas...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Mədəniyyət kanalının qonağı olub.

Mədəniyyət TV (12.03.2020) ...Daha Ətraflı

2020-ci il mart ayının 5-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində RETƏŞ nəzdində Klassik ədəbi irs və folklorşünaslıq üzrə elmi şuranın ilk iclası keçirilib.

İclası şuranın sədri akademik Rafael Hüseynov açaraq şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. Akademik Rafael Hüseynov son dövrlərdə humanitar elm sahəsində ciddi irəliləyişlərin, böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. O humanitar elmin prioritet istiqamətlərində araşd...Daha Ətraflı

"Varislər"in bugünkü qonağı ölümündən 50 ildən artıq zaman keçməsinə baxmayaraq şeirləri hələ də sevgi ilə xatırlanan, poeziyası ilə ədəbiyyatımıza yeni ruh, yeni nəfəs, yeni üslub gətirən şair Əli Kərimin oğlu, AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Əlioğludur.

1931-ci ilin yazında gəlmişdi dünyaya. Kasıb bir ailənin sakit, özünə qapalı oğlu idi. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olsa ...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Azərbaycan Televiziyasına müsahibə verib.

Azərbaycan Televiziyası: "Həftə" (01.03.2020) ...Daha Ətraflı

"Alatoran" nəşriyyatında XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Baxış Nadimin seçilmiş əsərlər toplusunun ikinci kitabı çapdan çıxmışdır. Son illərə qədər şairin cəmi bir neçə şeiri işıq üzü görmüşdü. AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və institutun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Raqub Kərimov 2018-ci ildə ilk dəfə şairin əlyazmaları əsasında onun şeirlər t...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Əbru sənəti və sirləri” adlı kitab işıq üzü görüb. Kitabın müəllifi institutun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucovdur. Tədqiqatçı Z.Orucov incəsənətin bir növü olan əbru sənətinin Azərbaycanda hələlik yeganə ustadıdır.

Kitabın ön sözü Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimova aiddir. İnstitutun Türkdilli əlyazmaların ...Daha Ətraflı

Yaponiyanın Ryukoku Universitetinin Tarix kafedrasının elmi işçisi Dr. Şinya Şionozaki Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - yazıçı, dramaturq Mirzə Fətəli Axundzadənin yaradıcılığını tədqiq etmək məqsədilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna ezam olunmuşdur. Tədqiqatçı İnstitutun elmi işlər üzrə direktor müavini f.ü.e.d. Paşa Kərimov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix ü.f.d. Nigar Babaxanova ilə birgə Axundzadə yaradıcılığı ilə bağlı...Daha Ətraflı

Fevralın 25-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə giriş nitqi söyləyən Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli faciəni törədən erməni cəlladlarını “patoloji manyak” adlandırıb. Bildirib ki, yalnız xəstə düşüncəyə malik bir millət misli görünməmiş belə bir vəhşiliyi törədə bilər. Akad...Daha Ətraflı

Bu ilin mart ayında ömrünün son illərini İngiltərədə yaşayıb-yaratmış görkəmli soydaşımız mərhum ədəbiyyatşünas, dilçi alim Turxan Gəncəyinin 95 yaşı tamam olur. Ölkəmizdə haqqında çox az məlumat olduğundan Azərbaycanda daha yaxşı tanıtmağa böyük ehtiyac vardır. Turxan Zeynal oğlu Gəncəyi 1925-ci ilin mart ayının 20-də Təbrizdə dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra on doqquz yaşında təhsilini davam etdirmək üçün İstanbula gedərək oradakı universitetin türk və fars d...Daha Ətraflı

YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının (İFAP) Azərbaycan Komitəsinin növbəti iclası keçirilib. Tədbirdə Milli Komitədə təmsil olunan dövlət qurumlarının, o cümlədən Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Milli Arxiv İdarəsi, ...Daha Ətraflı

Fevralın 21-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov və ilahiyyatçı Hacı Həsən Hüseyninin birgə müəllifliyi ilə nəşr olunmuş “Nəsimidən nəsimlər” adlı kitabın təqdimatı keçirilib. Kitabın redaktoru Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Azadə Musabəylidir. Təqdimat mərasimini açan institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə ...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Zərdabi “Ədəbiyyat qəzeti”nin səhifələrində” adlı kitab işıq üzü görüb. “Əkinçi” qəzetinin 145 illiiyinə həsr edilmiş bu kitabda 1934-cü ildən 2016-cı ilə qədər “Ədəbiyyat qəzeti”nin səhifələrində Həsən bəy Zərdabinin həyat və fəaliyyətinə həsr edilmiş yazılar toplanıb. Kitab Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Əzizə Ələkbərova tərəfindən tərtib edilib. Nəşrin elmi...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda məşhur Azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən “Hacı Zeynalabdin Tağıyev öz dövrünün aynasında” adlı kitab nəşr olunub. Topluya xeyriyyəçinin həyatı və gördüyü işlər haqqında ilk dəfə görkəmli Azərbaycan yazıçısı, ictimai-siyasi xadimi Nəriman Nərimanovun yazdığı və 1900-cu ildə çap olunmuş “Hacı Zeynalabdin Tağıyevin əlli illik məişəti və cəmaətə xidmətləri” ə...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin sədrliyi ilə keçirilən iclasda UNESKO-nun Dünya yaddaşı üzrə Azərbaycan Milli Komitəsinin üzvləri və aidiyyəti üzrə şəxslər iştirak ediblər. İclası giriş sözü ilə UNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri, akademik Teymur Kərimli açıb. Sonra çıxışlar dinlənilib. UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, Xüsusi tapşırıqlar üzrə səf...Daha Ətraflı

Yanvarın 22-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş – Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərte...Daha Ətraflı