AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda həyat və yaradıcılığı haqqında cüzi məlumata malik olduğumuz, XIX əsrdə yaşamış istedadlı şair Molla Qasım Zakirin ilk şeirlər toplusu nəşr edilib. Kitabı nəşrə hazırlayanlar və ön sözün müəllifləri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və eyni müəssisənin Multidissiplinar əlyazmalar şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Raqub Kərimovdur. Elmi ...Daha Ətraflı

“Qələmdir nizeyi-gülgunimiz meydan günü, Qövsi” (Qövsi Təbrizi) “Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır.” (Abdulla Şaiq)

“Kitablar bizi ötən əsrlərin mənəvi həyatının varisi edir” – Böyük Azərbaycan yazıçısı Nəcəf bəy Vəzirovun bu dəyərli fikrini qədim əlyazma kitablarına şamil edərkən, bu varisliyin həm də nə qədər böyük bir mirasa – maddi-mənəvi xəzinəyə sahiblik olduğunu dərk edirik. Uzaq əsrlərdən bugünümüz...Daha Ətraflı

Yazılı abidələrimizin tanınmış araşdırıcısı, ədəbiyyatşünas, əlyazmaçı alim, filologiya elmləri doktoru, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri Paşa Əli oğlu Kərimov şeir-sənət ocağında boya-başa çatıb, böyük şairimiz Əli Kərimin oğludur.

Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra daim çox sevdiyi əlyazmalarla ünsiyyətdə olmaq üçün Əlyaz...Daha Ətraflı

Bu ilin iyulunda, Tovuz hadisələri zamanı küçə və meydanlara çıxaraq erməni həyasızlığından hiddətləndiyini, ölkə başçısını dəstəklədiyini bildirən insanlara Prezidentimiz belə sözlərlə müraciət etmişdi: “Biz torpaqlarımızın işğalına dözmək fikrində deyilik. Lakin mən bilirəm nə vaxt və necə”.

Bu sözlər mənim və yəqin ki, bir çoxlarının yaddaşında qaldı. Və səbrsizliklə Ali Baş Komandanın əmrini gözlədik. Nəhayət vaxtı gəldi və əsgərlərimiz ölkə başç...Daha Ətraflı

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu) orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsi əsasında yaradılıb.

Əlyazmaların respublikamızda toplanması işinə hələ XX əsrin əvvəllərindən, sovet hakimiyyətinin ilk illərindən başlanıb. 1924-cü ilin 21-24 sentyabrı...Daha Ətraflı

Sentyabrın 17-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi şurasının növbəti iclası keçirilib. Şura üzvlərinin 10 nəfəri muzeyin iclas zalında toplansa da, digər üzvlər iclasa videokonfrans vasitəsilə qatılıblar. İclasın gündəliyindəki ilk məsələ Nizami muzeyinin 80 illiyi bağlı görülən işlər haqqında hesabat və qarşıda duran vəzifələrin müzakirəsi olub.

Muzeyin direktoru, Elmi şuranın sədri, akademik Rafael Hüseynov bildirib ki, hazırlıq iş...Daha Ətraflı

1991-ci ildə Tehranda, "Cavidan" nəşriyyatında nəşr edilmiş "Övraqe-tazehaye-məşrutiyyət" ("Məşrutəyə aid yeni sənədlər") adlı kitabı vərəqləyərkən görkəmli ədib Cəlil Məmmədquluzadənin bir məktubuna rast gəldik.

3 məhərrəm 1328-ci il (1910-cu ilin 16 fevralı) tarixində Tiflisdən göndərilən məktub Tehrana, Seyid Həsən ağa Təqizadəyə ünvanlanmışdır. Məlumat üçün bildirək ki, azərbaycanlı olan Seyid Həsən Təqizadə 1906-1911-ci illər İran Məşrutə inqilabının iştir...Daha Ətraflı

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi, yazıçı-publisist, ədəbiyyatşünas Şöhrət Səlimbəylinin “Ruhi Bağdadi yaradıcılığında ictimai motivlər” monoqrafiyası çapdan çıxıb.

Nəşrin elmi redaktoru institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, redaktorları filologiya üzrə elmlər doktoru Raqub Kərimov və professor Yaqub Babayevdir. Monoqrafiyanın rəyçisi və...Daha Ətraflı

Sentyabrın 11-də “Qafqaz Media” İctimai Birliyinin sədr müavini Sahilə Abdullayeva AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət edib. “Qafqaz Media” İB-nin təsisi etdiyi “Heydər Zirvəsi” diplomunu institutun alimi – Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovaya təqdim etmək məqsədilə müəssisənin qonağı olan S.Abdullayevanı direktor, akademik Teymur Kərimli qəbul edib. Alimin fəaliyyətindən söz açan akademik bild...Daha Ətraflı

Azərbaycana aid daha bir əlyazmanın UNESCO-nun Dünya yaddaşı (Memory of the World) beynəlxalq reyestrinə daxil edilməsi üzrə AMEA Əlyazmalar İnstitutu ilə sözügedən təşkilat arasında 27 iyul 2020-ci il tarixindən başlanmış onlayn işçi görüşləri və təqdimat prosesi yekunlaşıb. UNESCO Baş Qərargahının və Cənubi Koreyanın UNESCO üzrə Milli Komissiyasının təşəbbüsü ilə keçirilmiş çoxsaylı görüşlərə Dünya yaddaşı proqramının Qeydiyyat alt komitəsinin rəhbəri professor Jan Bos (Nider...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmləri doktoru Paşa Kərimov İstanbulun Süleymaniyyə Kitabxanası və Tehran Milli Kitabxanasından XV-XVI əsrlərdə yaşamış Azərbaycan şairi Məhəmməd Bəsirinin lirik şeirlər toplusu — divanının avtoqraf nüsxələrini əldə edib. 1534-cü ildə vəfat etmiş Bəsirinin 1466-cı ildə doğulduğu ehtimal edilir. Gənclik illərində Ağqoyunlu hökmdarlarının sarayında yaşamış şair 1487-ci ildə Xoras...Daha Ətraflı

Əvvəli: https://edebiyyatqazeti.az/news/diger/5688-cavad-xanin-qardasi-fetheli-bey-hali-gencevi-ve-onun-poetik-yaradiciligi

Ölkənin ikiyə bölünməsindən sonra Şimali və Cənubi Azərbaycanın siyasi-iqtisadi, ictimai-mədəni həyatında fərqlər get-gedə özünü daha artıq dərəcədə göstərməyə başladı. Lakin müəyyən əlaqələr qalmışdı. Həyatı həm şimal, həm cənubla bağlı şəxsiyyətlərdən biri olan Fəthəli bəy Təbrizdə yerli ictimaiyyət arasında quzeyi təmsil edirdi. Onun əlimizə ...Daha Ətraflı

MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir qrup əməkdaşının son illərdə nəşr olunmuş kitabları haqqında məlumat “Yaxşı mütaliə” (ing. – Goodreads) beynəlxalq kitab təqdimatı və təhlili platformasına daxil edilib. Bununla da İnstitutun "Çap kitablarının tədqiqi" şöbəsi tərəfindən 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulan təqdimat prosesinin I mərhələsinə yekun vurulub. Bu mərhələdə 23 alim-mütəxəssisin 86 kitabı barədə informasiya beynəlxalq ictimaiyyətə t...Daha Ətraflı

9 iyun tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən Konfutsi adına Özbək-Çin İnstitutu arasında elmi-mədəni əməkdaşlıq sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu imzalayan tərəflər Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Konfutsi adına Özbək-Çin İnstitutunun direktoru, dosent Səadət Nəsirova olublar. Ümumdünya pandemiya səbəbindən tə...Daha Ətraflı

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan ədəbiyyatında alleqoriya” (Məcazdan həqiqətə) adlı monoqrafiya nəşr olunub. Əsərin müəllifi Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, filologiya üzrə elmlər doktoru Lalə Əlizadədir. Elmi məsləhətçi və ön sözün müəllifi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. Elmi redaktoru filologiya üzrə elmlər doktoru Fəridə Əzizova, redaktoru filologiya üzrə fəlsəfə doktoru Aynurə Mahmudovadır. Akad...Daha Ətraflı

Gəncəli Cavad xanın qardaşı Fəthəli bəy Ziyadoğlu Hali Gəncəvi haqqında əlimizdə çox az məlumat vardır. Bəzi müasirləri, həmin dövrün görkəmli şəxsiyyətləri əsərlərində Fəthəli bəyin adını hörmətlə yad etmişlər. XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində Şirvan və ətraf bölgələrdən çıxmış ədib və şairlər sırasında Nişat Şirvani, Ağa Məsih Şirvani, Molla Pənah Vaqiflə yanaşı, Fəthəli bəy Hali G...Daha Ətraflı

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, nasir, dramaturq, alim, pedaqoq Altay Məmmədovun bütün həyatı doğulub boya-başa çatdığı Gəncə şəhəri ilə bağlı olub. O, Gəncəni əyalət şəhəri deyil, qədim, köklü ənənələrəə malik mədəniyyət mərkəzi kimi təqdim edən, şəhərin mədəni həyatında müstəsna xidmətləri olan bir ədib idi. Əsərləri dünyanın müxtəlif ölkələrində tamaşaya qoyulan, çap edilən Altay müəllim doğma şəhərini heç bir zaman tərk et...Daha Ətraflı

Əlyazmaların toplanması respublikamızda ötən əsrin 20-ci illərindən başlamış, buradakı materialların əsasını orta əsr kitabxanaları, eləcə də XIX-XX əsrlər görkəmli Azərbaycan ziyalılarından Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Əbdülqəni Əfəndi Xalisəqarızadə, Hüseyn Əfəndi Qayıbov, Bəhmən Mirzə Qacar, Mir Möhsün Nəvvab və başqalarının şəxsi kolleksiyaları təşkil etmişdir. 1950-ci ildən bu qurum Əlyazmalar Fondu adı ilə müstəqil müəssisə kimi fəaliyyət göstə...Daha Ətraflı

30 aprel 2020-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Multidissiplinar əlyazmaların tədqiqi” şöbəsi ilin ilk dörd ayı ərzində görülən işlərin hesabatı barədə distant iclas keçirmişdir. Şöbə müdiri, filologiya üzrə elmlər doktoru Paşa Kərimov iclası açaraq ilin dörd ayı ərzində görülən elmi işlər, tədqiq, transfoneliterasiya edilən yazılı abidələr, əlyazmalar, əski çap kitabları əsasında nəşrə hazırlanan kitablar barədə məlumat vermişdir. Bildirmi...Daha Ətraflı

Azərbaycanda COVID-19 pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejiminə uyğun olaraq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu da öz fəaliyyətini onlayn rejimdə davam etdirir. Müəssisə əməkdaşları elmi-tədqiqat işlərini məsafədən aparır, sosial izolyasiya tələblərinə riayət etməklə monoqrafiya, məqalələr üzərində çalışır, transliterasiya və tərcümə işlərini həyata keçirirlər. 25 aprel 2019-cu il tarixində Əlyazmalar ...Daha Ətraflı