Dekabrın 22-də AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında Humanitar Elmlər Bölməsinin (HEB) Ümumi iclası keçirilib. Tədbirdə HEB-in üzvləri, elmi müəssisələrin direktor, direktor müavinləri və elmi katibləri iştirak ediblər. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov qurumun 2016-cı il ərzindəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatı təqdim edib. Məruzəçi instit...Daha Ətraflı

Dekabrın 19-da Sorbonna Universitetinin professoru Əhməd İbrahim Dərviş Məhəmməd və məşhur misirli xəttat, Misir Xarici İşlər Nazirliyinin hüquq işləri üzrə baş mütəxəssisi Əşrəf Əhməd Ubeyd AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Qonaqları Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi müşaiyət edib. Əlyazmalar institutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov qonaqları qarşılamış, tədbir iştira...Daha Ətraflı

14 dekabr 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyində əsas məsələ İnstitutun 2016-cı il ərzində elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatının müzakirəsi idi. İclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin nümayəndəsi, bölmənin aklademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Muxtar İmanov da iştirak edirdi. İclasda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi i...Daha Ətraflı

12.12.2016-cı ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir. Tədbir Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmaşdır. Sonra institutun elmi məsələlər üzrə direktor müavini, fil. ü.e.d. Aybəniz Əliyeva-Kəngərli çıxış edərək böyük tarixi şəxsiyyətin Azərbaycan ictimai-siyasi fikrindəki yerindən danışmışdır. O, Ümummilli liderin 1969-1986-cı illərdə sovet ha...Daha Ətraflı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilmişdir. Konfransın “Ədəbiyyat və incəsənətdə multikulturalizm ənənələri” adlı ikinci bölməsinin iclası AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Akt zalında baş tutmuşdur.İclasa fil.ü.e.d., professor Aqşin Babayev sədrlik etmişdir. Bölmənin iclasında AMEA M.Füz...Daha Ətraflı

İnstitutun Akt zalında keçirilən görüşü elmi məsələlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov açaraq eyni profilli tədqiqat müəssisəsinin rəhbərini Bakıda görməkdən məmnun olduğunu bildirib. O, Ərəb Ölkələri Liqası kimi məşhur qurumun nəzdində fəaliyyət göstərən bir institutla M.Füzuli adına Əlyazmalar İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanması barədə danışıqları yüksək qiymətləndirib. Sonra P.Kərimov sözü Feysəl əl Hafyana verib. Misirli qo...Daha Ətraflı

5 dekabr 2016-cı il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının yığıncağı olmuşdur. Yığıncağın gündəliyinə 1986-cı ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Respublika Əlyazmalar Fondunun Əlyazmalar İnstitutuna çevrilməsinin 30 illiyi, şöbələrin, Gigiyena və Bərpa labarotoriyasının hesabatının dinlənilməsi, institutun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin mərhum əməkdaşı Firəngiz Xəlilovanın XVII əsr Azərbaycan şairi “Uğurlu ...Daha Ətraflı

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının üçüncü nömrəsi işıq üzü görüb.“Çoxmədəniyyətlilik” bölməsində filologiya elmləri doktoru Paşa Kərimovla filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin “Multikultural dəyərlər Azərbaycan ədəbiyyatının ideya-estetik təməli kimi” məqaləsi yer alıb. Qeyd edək ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əs...Daha Ətraflı

Kitabda Azərbaycanın Xalq yazıçısı, bir çox məsul vəzifələrdə çalışan Mirzə İbrahimovun həyat yoldaşına yazdığı məktublar, eləcə də digər vacib tarixi materiallar tədqiqatçı Aslan Kənan tərəfindən əski yazıdan latın qrafikasına çevrilərək kitablaşdırılıb. Kitabın redaktoru AMEA Əlyazmalar institutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur....Daha Ətraflı

Milli Məclisin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında rus dilində nəşr edilmiş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının noyabrın 30-da “Gülüstan” sarayında təqdimatı keçirilib. Tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin...Daha Ətraflı

29 noyabr 2016-cı il tarxdə Türkiyə İş birliyi və Koordinasaiya Agentliyinin (TIKA) Bakı ofisinin kordinatoru Adem Urfa, Baki Proqram koordinatorunun müavini Mehmet Ali Yetiş və Bakı ofisinin əməkdaşı Abbas Hümmətov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar. Qonaqları institutun elmi işlər üzrə direktor müavinləri, filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva- Kəngərli, Paşa Kərimov, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov və Bərpa və Gigiyena şöbəsinin elm...Daha Ətraflı

25 noyabr 2016-cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda şöbələrin, Bərpa və gigiyena laboratoriyasının illik hesabatı dinlənilmişdir. Hesabat iclaslarında institutun rəhbərliyi iştirak etmiş və öz tövsiyyələrini vermişdir. Hesabatlar bütünlüklə yüksək qiymətləndirilmiş və məqbul sayılmışdır. ...Daha Ətraflı

18 noyabr 2016-cı il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının 25 illiyinə həsr edilmiş “Azərbaycan Əlyazmaları Dünya Kitabxanalarında” adlı I Beynəlxalq Elmi –Nəzəri Konfrans keçirilmişdir. Konfrans iştirakçıları sırasında Iran İslam Respublikasında nümayəndə iştirak etmişdir.Konfransda Təbriz Azad Universitetinin professoru Məhəmməd Əmin Sultanül-Qürrayi “Şah İsmayıl Xətai “Külliyyat”-nın əlyazma nüsxəsinin tanıdılması” ad...Daha Ətraflı

18 noyabr 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının 25 illiyinə həsr olunmuş “Azərbaycan əlyazmaları dünya kitabxanalaında” adlı I beynəlxalq elmi-nəzəri konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli mənəvi sərvətimiz olan əlyazmaların axtarışının, toplanmasının və nəşrinin vacibliyini bildirmişdir. O, konfrans ərəfəsində nəşr olunan jurnalda bir...Daha Ətraflı

Türkiyədə məşhur olan böyük fikir adamı, görkəmli sufi alimi Məhəmməd Zahid Kotku (1897-1980) əslən Azərbaycanin Şəki şəhərindəndir. Onun atası İbrahim Əfəndi 1880-ci ildə Türkiyəyə köçərək orada məskunlaşmışdır. Məhəmməd Zahid Kotku Türkiyədə məşhur təsəvvüf mürşidi kimi tanınmış, xeyli sayda ardıcıllar yetişdirmişdir. O, sufi və ümumiyyətlə, fəlsəfi mövzularda bir çox məşhur əsərlərin müəllifi olmuşdur.Məhəmməd Zahid Kotkunun yaradıcılığının tədqiq və təbli...Daha Ətraflı

Noyabrın 11-də AMEA-nın Əsas binasında Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə tanınmış dilçi alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli alimin elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, nəcibinsani keyfiyyətlərə malik alim qədim dövr ədəbiyyatımızın və əlyaz...Daha Ətraflı

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış ədəbiyyatşünas alim, unudulmaz müəllim, dəyərli ziyalı, uzun illər qurumun katibi vəzifəsində çalışmış Arif Əmrahoğlunun anadan olmasının 62-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. AYB-nin sədri, Xalq Yazıçısı Anar Arif Əmrahoğlunun dəyərli ədəbiyyatşünas alim və əvəzsiz insan kimi müsbət xüsusiyyətlərindən söhbət açıb. Bildirilib ki, 70-ci illərdə ədəbiyyata hekayə ilə gəlmiş A.Əmrahoğl...Daha Ətraflı

Oktyabrın 12-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Multikultural yazılı abidələrin - əlyazmaların tədqiqi məsələləri” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinin beynəlxalq ictimaiyyətin diqqətinin respublikamıza yönəlməsində böyük rol oynadığını söyləyib. Qeyd olunub ki, Bakıda keçirilə...Daha Ətraflı

Tədbirdə muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov Üzeyir bəy dühasından söhbət açıb, Hacıbəylilər ailəsinin sonbeşiyi Ceyhun Hacıbəylinin mühacirət həyatından danışıb. Tədbirdə Aslan Kənan kitabın əhəmiyyətindən söz açıb. Bildirib ki, kitab “Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanıb. Kitabın redaktoru, Azərbaycan Milli Elmlər ...Daha Ətraflı

Şərq-Qərb” nəşriyyatında görkəmli Azərbaycan ədibi Ceyhun Hacıbəylinin məktublarından ibarət “Qürbətdən gələn səslər” adlı kitab nəşr edilmişdir. Kitab C. Hacıbəylinin 125 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən işıq üzü görmüşdür. Kitabın tərtibçisi Aslan Kənandır. Kitabın redaktoru Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d.Paşa Kərimov, rəyçisi institutun əməkdaşı, fil.ü.e.d Nailə Səmədovadır...Daha Ətraflı